Qobustanda ağır qəza: iki nəfər öldü

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi "Mersedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.
Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























