• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident viza işlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident viza işlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb
20.11.2014 20:48

Azərbaycan prezidenti İlham Əliyev vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin (bundan sonra - “Viza” altsistemi) fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla, aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb:

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması;

“Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi;

“Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması;

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi;

“Viza” altsisteminin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması;

“Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi.

Nazirlər Kabineti həmçinin sərəncamda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməli, vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratmalı, vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxmalı, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görməli, sərəncamda verilmiş tapşırıqların icrası barədə prezidentə məlumat verməlidir.

Xarici İşlər Nazirliyinə isə Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün mütəmadi treninqlərin keçirilməsini təşkil etmək həvalə olunub. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol