Bakıda işıqlar yenidən söndü - YENİLƏNİB

Bakı Metropoliteninin stansiyalarına giriş-çıxış bağlanıb.
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropiliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, xətlərdə elektrik enerjisi kəsilib:
"QSC rəhbəri tərəfindən əmr verilib. Qaydalara əsasən, tunellərdən insanlar təxliyə ediləcək".
18:58
Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt və Mingəçevir şəhərləri, Oğuz və Qax rayonlarında, Bakının Yeni Yasamal və Nəsimi rayonlarında elektrik enerjisinin verilişi kəsilib.
Bakı-Sumqayıt elektrik qatarının yolda qaldığı bildirilir.
Azəriişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, problemin nədən qaynaqlandığı araşdırılır:
"Yaranan problemin həlli istiqamətində işlər gedir. İctimaiyyətə məlumat veriləcək".
18:56
Bakıda elektrik enerjisinin verilişində yenidən fasilələr yaranmağa başlayıb.
Oxu.Az-ın məlumatına görə, hazırda paytaxtın Nərimanov rayonu ərazisində işıqlar sönüb.
Bundan başqa, Bakı metropolitenində də işıqlar sönüb və qatarlar tunellərdə qalıb.
Xəbər yenilənir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib