• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda sevgi-məhəbbət də qadağan edildi - YASAQ

Naxçıvanda sevgi-məhəbbət də qadağan edildi - YASAQ
20.11.2014 16:44

Naxçıvanda siyasi və sosial-iqtisadi sahələrdəki qadağaların ardınca artıq insanların gündəlik şəxsi həyatı və məişəti ilə bağlı yasaqlar tətbiq olunmağa başlayıb.

Virtualaz.org saytı haqqin.az portalına istinadən xəbər verir ki, muxtar respublikada bir-birini sevən gənc qızla oğlanın, hətta nişanlı gənclərin ictimai yerlərdə, küçədə, parkda bir yerdə gəzintiyə çıxması yasaqlanıb. Qadağa qeyri-rəsmi xarakter daşıyır.

Muxtar respublikadan gələn məlumatlarda deyilir ki, bir-birini sevən gənclər əl-ələ tutub küçədə gedərkən, hətta sadəcə yanaşı addımlayarkən dərhal polis tərəfindən saxlanır. Bu gənclər elə küçədəcə adətən təhqir edilib alçaldılır. Sonra isə onları polis şöbəsinə aparırlar. Orada gənclərdən nikahda olduqlarını, yaxud nişanlı, sevgili olduqlarını təsdiq edən sənəd tələb olunur. Halbuki bunun özü məntiqli deyil, çünki sevgili və ya nişanlı olmağı heç bir sənəd təsdiq etmir.

Bu qadağadan ən çox tələbələr əziyyət çəkir. Onlar bildiriblər ki, polisə aparılan gənclər bir qayda olaraq iri məbləğdə - 1000-1500 manat cərimələnirlər. Çoxu da dostlarının, qohumlarının yanında biabır olmamaq üçün həmin pulu ödəməyə məcbur olur. Bu pulu verə bilməyənlər isə bir neçə günlük inzibati həs cəzası alır.

Muxtar respublikanın Daxili İşlər Nazirliyi isə səslənən bu ittihamları rədd edərək onları “kimlərinsə uydurması” adalndırıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol