Bakıda pivə bahalaşıb

2018-ci ilin may ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri aprel ayına nisbətən eyni səviyyədə qalıb.
Bakı Statistika İdarəsindən Oxu.Az-a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşıb.
Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz, xidmətlər üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.
2018-ci ilin may ayında aprel ayına nisbətən istehlak bazarında "Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, "Araq brendi (konyak)” qrupu 0,8 faiz, "Pivə” qrupu 0,3 faiz bahalaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























