• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə medal verildi

İlham Əliyevə medal verildi
20.11.2014 16:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

ANN.Az AzərTAc-a istinadən verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlət başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirdi. Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindənməmnunluq ifadə olundu.

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir. Sonda xatirə şəkli çəkdirildi.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol