• $
  • €
  • ₽
  • ₺
  • £

32 nömrəli marşrutun daşıyıcısı dəyişdirilib

32 nömrəli marşrutun daşıyıcısı dəyişdirilib
05.07.2018 20:38
32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-A verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların haqlı narazılıqlarına səbəb olub.

Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da, hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu.

Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin tələbatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.

Məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - "Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.

Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol