• $
  • €
  • ₽
  • ₺
  • £

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR: Ermənistan rəhbərliyi...

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR: Ermənistan rəhbərliyi...
05.07.2018 19:23
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il "aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində "Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyevi məhv etməyə çağırmasından danışıb.

Publika.az xəbər verir ki, Duqin Savelyevin təşkilatçılığının normal hal olduğunu vurğulayıb.

"Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri funksiyasını yerinə yetirməyə borcludur. Rusiyanın mövqeyi bu gün Cənubi Qafqazda görmək istədiyi sülh mövqeyidir. Hazırda Bakı ilə Moskva arasında aktiv yaxınlaşma var. Azərbaycan tədricən Rusiyanın daha əhəmiyyətli, çəkisi, nüfuzu olan etibarlı müttəfiqi olur. Və bu heç də Rusiyanın müttəfiqi olan Ermənistanın maraqlarına zidd deyil. Lakin Ermənistanın bəzi nümayəndələri deyir ki, Rusiya Ermənistanın müttəfiqi olduğuna görə Azərbaycana qarşı çıxmalıdır. Belə fikir var ki, Rusiya Ermənistanı tamamilə dəstəkləyir və ona Azərbaycanla müharibə aparmağına kömək edir. Bu tamamilə yalandır. Çünki Rusiya Ermənistanın müttəfiqidir, əslində isə Rusiya hazırda əsas strateji müttəfiq kimi Azərbaycanı görür. Məhz buna görə Azərbaycanda belə bir konfrans keçirildi”, - deyə o vurğulayıb.

Duqin qeyd edib ki, Azərbaycanın Rusiyanın tək müttəfiqi olması haqda tezis səslənən kimi Rusiyadakı erməni lobbisi "dişlərini göstərdi”: "Mən Bakıda konfransın təşkilatçısı idim, bu konfransda antierməni fikirlər deyilməyib. Rusiya-Azərbaycan arasında yaxınlaşmadan danışıldı, əməkdaşlığın inkişafı vurğulandı. Həmçinin, Ermənistanın əvvəlki rəhbərliyinin razılığına uyğun olaraq, beş rayonun Azərbaycana qaytarılması ilə münaqişənin sülhlə həll edilməsinə ehtiyac qeyd olundu”.

Duqin əlavə edib ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyətlidirsə, 5 rayonun qaytarılması xəttini davam etməlidir: "Çünki bu şəxslər arasında yox, dövlətlər arasında razılıqdır. Çox dövlətdə rejim dəyişir, lakin əvvəlki rejimlərin borclarını yerinə yetirirlər”.

Duqin Rusiyada erməni lobbisinin onların Cocuq Mərcanlıya səfərinə qarşı çıxmasını sərt şəkildə tənqid edib.

"Belə çıxır ki, Rusiyada kimin hara gedib-getməməsini ermənilər həll edir. Ermənistan KİV-lərində yayılan məlumatlar və sosial şəbəkələrdə ermənilərin fikirləri göstərdi ki, onlar Rusiya ilə ittifaqdan öz şəxsi maraqları üçün istifadə etmək istəyirlər. Hərçənd, bu gün Ermənistan NATO ilə yaxınlaşmağa cəhd edir, həm də Azərbaycanla Rusiyanın yaxınlaşmasını pozmağa çalışır. Bu, ədəbsiz yanaşmadır və əsl tərəfdaşın davranışı deyil”, - deyə o diqqətə çatdırıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol