• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin hər kəsin gözü önündə danladığı məmurlar - SİYAHI + VİDEO

İlham Əliyevin hər kəsin gözü önündə danladığı məmurlar - SİYAHI + VİDEO
05.07.2018 20:04
Dünən ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirə zamanı Prezident İlham Əliyevin "Azərenerji” rəhbəri Etibar Pirverdiyevi danlaması bir daha göstərdi ki, bəzi məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət rəhbərinə da yalan söyləməkdən çəkinmirlər.
 
AZXEBER.COM indiyədək Prezident İlham Əliyevin qəzəbinə tuş gələn məmurlarla bağlı kiçik bir araşdırma aparıb.
 

Araşdırma nəticəsində məlum olub ki: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin 8 aprel 2004-cü il tarixində keçirilən ilk iclasında dövlət başçısı "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin sabiq baş direktoru İsmayıl Vəliyevi danlayıb.

İlham Əliyev bildirib ki, redaksiya Heyətinin iclasa hazırlıqsız gəlməsi, tarixi saxtalaşdırmaq cəhdi biabırçılıqdır və bu səbəbdən İsmayıl Vəliyevi kəskin tənqid edərək müşavirədən çıxarıb.
 
 
Hökumət başçısı 2013-cü ildə keçirdiyi müşavirədə məmur övladlarının özbaşınalığından danışaraq, icra başçılarını, məmurları öz övladlarına tərbiyə verməyə səsləmişdi. 


17 mart 2014-cü ildə yol açılışı zamanı Prezident İlham Əliyev Nəqliyyat naziri Ziya Məmmədovu danlayıb. Dövlət rəhbəri bildirib ki, ağacların qırılması hesabına abadlıq yaradılması yolverilməzdir və bu cür işlərə son qoymaq lazımdır. Ancaq araşdırmalarımız zamanı məlum oldu ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun dövlət başçısı tərəfindən danlanması ilə bağlı bütün məqalə və kadrlar dünyanın ən böyük elektron axtarış sistemi – "google” və xəbər saytlarından yığışdırılıb. Bunun necə və hansı üsullarla həyata keçirildiyi bizə dəqiq məlum olmasa da, bütün hallarda dövlət başçısının tarixi çıxışını sildirmək cəhdi qaranlıq mətləblərdən xəbər verir. İstisna deyil ki, bu addım keçmiş nazirin oğlu Anar Məmmədovun bilavasitə nəzarətində olduğu media qurumlarının ("Qarant Media Holdinq” və s.)  işi olsun.
Dünən ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirə zamanı Prezident İlham Əliyev "Azərenerji” rəhbəri Etibar Pirverdiyevi danlayıb.
 
Ölkə başçısı "Azərenerji” sədrinə xitabən "Siz sadəcə olaraq xalq, ölkə qarşısında utanmalısınız. isti havalarda insanlara əziyyət vermisiniz, iqtisadiyyata böyük ziyan vurmusunuz”. Dünənki müşavirədə dövlət başçısı tərəfindən yerində oturdulan daha bir məmur isə Səhiyyə Nazirliyi Oqtay Şirəliyev olub. Nazirin "Bütün xəstəxanalarda generatorlar qurulub” iddiasına Prezident "Bütün xəstəxanalarda generatorlar qurulmayıb” cavabını verib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol