• $
  • €
  • ₽
  • ₺
  • £

Gülən 18 ölkəyə təlimat göndərdi

Gülən 18 ölkəyə təlimat göndərdi
05.07.2018 21:23
"Paralel dövlət" terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı yeni "savaşın” təlimatlarını verib.
Oxu.az xəbər verir ki, iyunun sonlarında 18 ölkədə FETÖ qruplaşmasının rəhbər üzvləri gizli toplantılar keçirərək, liderlərinin onlara verdiyi yeni təlimatları müzakirə ediblər. Fətullah Gülənin Pensilvaniyada keçirdiyi yığıncağa isə təşkilatın idarəçiliyində iştirak edən 33 nəfər qatılıb.
Türkiyə kəşfiyyatına işləyən mənbələrdən alınan məlumatlara əsasən, bütün toplantılarda Gülənin göndərdiyi təlimatlar oxunub və müvafiq planlar üzərində müzakirə aparılılb. Həmin təlimatlar isə aşağıdakılardır:
- Yerləşdiyiniz ölkələrdə kamuflyaj olun və özünüzü cəmiyyətə qəbul etdirmək üçün həmin ölkələrin vətəndaşları ilə ailə qurun;
- Yaşadığınız ölkələrdəki sahibkarların Türkiyəyə investisiya yatırmasına mane olun və bizdən göndərilən bütün sərmayələri dayandırın;
- FETÖ-yə yeni üzvlər tapmağa çalışın və tələbələrimizi ölkənin mövqeyinə uyğun inandırmağa çalışın;
- Üzvlərimiz çox diqqətli olsunlar. Dövlət orqanlarından uzaq gəzsinlər;
- Bir ölkədən digərinə keçən üzvlərimizə hər cür kömək göstərin;
Fətullah Gülən, həmçinin 24 iyun seçkilərindən sonra Türkiyədə prezidentin bütün gücü əlində cəmləşdirəcəyi və "Hizmet” hərəkatına təzyiq edəcəyinə dair xəbərdarlıq edərək, FETÖ üzvlərindən daha diqqətli olmaları və birlikdə, nizamlı şəkildə hərəkət etmələrini tələb edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol