• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərə maaş müjdəsi

Müəllimlərə maaş müjdəsi
20.11.2014 15:33
“Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin mərhələli olaraq əmək haqlarının artırılması istiqamətində konkret qərar veriləcək. Güman edirəm ki, biz buna nail ola biləcəyik”.

ANN.Az Anspress-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin 2015-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən plenar iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.O bildirib ki, sınaq qiymətləndirmədən keçən müəllimlərin təkmilləşdirilməsi üçün imkanlar yaradılır: “Yalnız bundan sonra attestasiyanı həyata keçiririk. Gördüyünüz kimi, biz sosial yanaşmaya üstünlük veririk. Sınaq qiymətləndirmədən müəllimlər üçün əmək haqlarının artımına gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə müvafiq müzakirələr gedir. Hazırda müvafiq qərar layihəsi qısa müddət ərzində razılaşdırılacaq”.Nazir deputatların təklif və iradlarına cavab verib. Mikayıl Cabbarov müəllimlərin əmək haqlarının müəyyənləşdirilməsi məsələsinə toxunarkən bildirib ki, 12 saatlıq həftəlik dərs saatı üçün minimal əmək haqqı 155 manat, maksimal isə 207 manatdır. Nazir qeyd edib ki, bütün respublika üzrə müəllimlərlə bağlı rayon və kənd məktəblərində vakant ştatların sayı 3%-dən 1%-ə enib. Onun sözlərinə görə müəllimlərin həvəsləndirilməsi istiqamətində işlər görülüb.Mikayıl Cabbarovun sözlərinə görə Təhsil Nazirliyi yeni müəllimlərin işə götürülməsi istiqamətində də iş aparır. Hərbi hazırlıq və bədən tərbiyəsi üzrə tədrisin aşağı səviyyədə olması barədə deyilən tənqidləri də dəyərləndirən Mikayıl Cabbarov rəhbərlik etdiyi qurum bu yöndə problemlərin aradan qaldırılması üçün gərəkli addımlar atır. Nazir deyib ki, xaricdən professorlar Azərbaycan ali məktəblərinə cəlb ediləcək. Mikayıl Cabbarov orta məktəb dərs vəsaitlərinin çəkisinin ağır olmasına da diqqət çəkib: “Azərbaycanın ümumtəhsil məktəblərində birinci sinifdə tədris vəsaitlərinin ümumi çəkisi 1 kq 240 qramdır. Gələcəkdə bunun mümkün qədərdaha da optimallaşdırılmasına çalışırıq”.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol