• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılov: " Mingəçevir qəzası ciddi xəbərdarlıqdır"

Rafael Cəbrayılov: " Mingəçevir qəzası ciddi xəbərdarlıqdır"
06.07.2018 15:14
"Bir neçə gün əvvəl Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza respublikamızın enerji təchizatının iflic vəziyyətə salmaqla yanaşı elektrik enerjisindən intensiv istifadə edən iqtisadiyyat sahələrinə, habelə insanlarımıza böyük maddi və mənəvi ziyan vurdu”. 

Bunu BiG.AZ-a açıqlamasında deputat Rafael Cəbrayılov bildirib. 

Deputat vurğulayıb ki, bu cür qəzalardan dünyanın heç bir ölkəsi sığortalanmayıb: 

"Belə bir qəzanın baş verməsini təbii hal hesab edirəm. Amma bu qəzanın fəsadlarını, yəni respublikanın enerji təchizatının tam şəkildə kəsilməsi, iqtisadiyyatın, səhiyyə, nəqliyyat, neft-qaz sənayəsi və başqa sahələrini çox böyük maddi ziyana məruz qalması, insanlarımızın maddi və mənəvi zərər çəkməsi ilə yanaşı ölkəmizdə etibarlı enerji təchizatının mövcudluğu barədə inamının sarsıdılması anlaşılan deyil. Bundan başqa qəzanın ümumrespublika xarakteri olmasının qarşısını almaq üçün müvafiq sistemin olmaması da anlaşılması mümkün olmayan hallardandır. Bu qəzanın əsas səbəbi insan faktoru ilə bağlıdır. Bu qəza respublikanın enerji təchizatında kifayət qədər nöqsanların olmasını gündəmə gətirdi. Bu sahəyə rəhbərlik edən şəxs ilk növbədə anlamalıdır ki, belə bir məsuliyyətli sahə ölkə prezidenti tərəfindən ona tapşırılıb. Cənab prezident İlham Əliyev keçirdiyi müşavirədə də baş verən qəzanın səbəbləri və rəhbərlikdəki nöqsanlar barədə cəmiyyətin kifayət qədər məlumatlanmasına nail oldu”. 

Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol