• $
  • €
  • ₽
  • ₺
  • £

"Sağdırsa, göstərsinlər, sağ olduğuna inanmıram..."

"Sağdırsa, göstərsinlər, sağ olduğuna inanmıram..."
06.07.2018 15:09
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. 

Maraqlısı odur ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdə Yunis Səfərovun polis tərəfindən işgəncələrə məruz qaldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov mətbuata açıqlamasında Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmadığını söyləyib:

"O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Bununla bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, o şəkli ilk olaraq kimin paylaşdığını müəyyən edib müvafiq tədbirlər görmək lazımdır:

"Kim və nə məqsədlə o şəkli ictimailəşdirib? Cinayətkarın qəhrəman elan edilməsinin cavabını isə Elmar Vəliyevdə axtarmaq lazımdır. Ümumiyyətlə, niyə Gəncə əhli bu sui-qəsdi az qala sevinclə qarşılayır? Sualın cavabını Elmar Vəliyev bilir. Hazırda o, bu suala vavab verəcək haldadırmı. Onu da mən bilmirəm”.

Bundan əlavə Azər Həsrət Yunis Səfərin öldüyünü iddia edib. O bildirib ki, Yunisn sağ olduğuna inanmır:

"Ümumiyyətlə, o sui-qəsdçinin sağ olduğuna da inanmağım gəlmir. Sağdırsa göstərsinlər. Yəni diqqəti sui-qəsdin əsas səbəbindən yayındırmaq istəyirlər. Sadəcə din məsələsini ortaya atıb ictimai rəyi ona qarşı kökləmək istədilər. Bu isə əks effekt verir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol