• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu tələfat verdi – RƏSMİ

Azərbaycan Ordusu tələfat verdi – RƏSMİ
06.07.2018 21:10
Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

Bu barədə "Report”a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin "Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol