• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırlaşın - Qar yağacaq

Hazırlaşın - Qar yağacaq
20.11.2014 13:13
Azərbaycanda hava yenidən kəskin soyuyacaq.ANN.Az Trend-ə istinadən xəbər verir ki, noyabrın 21-i axşam respublikanın şimal-şərq rayonlarından başlayaraq, noyabrın 26-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq. Bu haqda məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilib.Ölkə ərazisində noyabr ayının III ongünlüyünün 1-ci yarısında qeyri-sabit, dəyişkən hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Noyabrın 26-dək ölkədə fasilələrlə yağıntılı hava müşahidə ediləcək. Lakin noyabrın 23-dən 25-dək hava şəraitinin bir qədər kəskinləşəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.Yağıntılar respublikanın dağlıq və dağətəyi rayonlarına sulu qar və qar şəklində düşəcək. Noyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 11-14 dərəcə, 23-25-də isə 4-7 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol