Samuxda güclü yanğın: FHN təyyarə və helikopter göndərdi

Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.
Anews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.
Bir istiqamətdə yanğının qarşısı alınıb. Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə alınaraq FHN-in Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17” yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib