• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş “DTK”çı Salamov haradadır?

Keçmiş “DTK”çı Salamov haradadır?
08.07.2018 17:49
Albert Salamov... Bu ad-soyad yəqin ki, köhnə jurnalistlərə tanışdır. Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini... Mərhum eks-prezident Heydər Əliyevin komandasının üzvü... Bəs indi o haradadır?


Modern.az saytı Albert Salamovu axtarıb. Azərbaycan Xarici İşçlər Nazirliyindən onun haqqında məlumat verə bilməyiblər. 


Bununla belə, saytın əməkdaşı sosial şəbəkələr vasitəsilə eks-nazir müavinin yaxın qohumları ilə əlaqə saxlaya bilib. 


Məlum olub ki, uzun müddətdir təqaüddə olan 84 yaşlı Albert Salamov hazırda Rusiya paytaxtı Moskva şəhərində yaşayır.


Qeyd edək ki, Albert Əlihüseyn oğlu Salamov 1934-cü ildə Bakının Suraxanı kəndində anadan olub. Azərbaycn SSR-in keçmiş Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləyib. 


Albert Salamov 1989-2001-ci illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycanın xaricində böyük nüfuz və hörməti olan şəxs kimi tanınıb.  Bu səbəbdən də mərhum eks-prezident Heydər Əliyev vaxtilə bir sıra mühüm danışıqlara göndərdiyi nümayəndə heyətinə rəhbərliyi məhz Albert Salamova həvalə edib.


Albert Salamovun bacısı qızı Modern.az-a onun sağlıq durumunun normal olduğunu söyləyib. Onu da qeyd edib ki, eks-nazir müavini özünün keçdiyi həyat yolu və fəaliyyəti haqqında memuar-kitab yazıb. Kitabda sabiq nazir müavininin DTK-da, XİN-də və digər dövlət orqanlarındakı fəaliyyəti haqqında maraqlı məqamlar təsvir olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol