• $
  • €
  • ₽
  • ₺
  • £

AST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – Fotolar

AST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – Fotolar
08.07.2018 22:23
2009-cu ildə Riçard Gir, Şeron Stoun, Monika Belluççi, Paris Hilton kimi simaların qatıldığı, dünyanın ən dəbdəbəli oteli adı ilə qapılarını müştərilərin üzünə açan azərbaycanlı iş adamı Telman İsmayılovun "Mardan Palas” oteli bərbad vəziyyətdədir. Bütün dünyanı heyrətə gətirən 560 otaqlı möhtəşəm otel bu günlərdə xarabalığa çevrilmək üzərədir. Borclarına görə bağlanan oteldə hazırda yalnız 30 nəfərlik təhlükəsizlik əməkdaşı fəaliyyət göstərir.
Anews.az axar.az-a istinadən bildirir ki,bu barədə "Hürriyyət” müxbiri Səlim Uzun yazıb. Uzunun sözlərinə görə, 15 gün əvvələ kimi suları belə gəlməyən oteldə peyzaj təsvirlərinin demək olar ki, hamısı quruyub. Oteli əhatə edən bürünc rəngli barmaqlıqların böyük hissəsi oğurlanıb. Baş verən oğurluq hadisələrinə görə dəmir barmaqlıqlar sökülüb və anbara qoyulub.
Otelin nişanəsi sayılan əqrəb formasındakı əsas körpü və körpünün qanad hissəsində quraşdırılmış VİP kabinələr çökmək üzrədir. Otelin qarşısındakı məşhur çimərliyin vəziyyəti heç də fərqli deyil. Misirdən gətirilən, yandırmayan və yapışmayan xüsusiyyətlərə sahib 9 min ton qızıl rəngli qumdan demək olar ki, əsər-əlamət qalmayıb. Otelin ən dəbdəbəli hissəsi sayılan əsas girişdəki işıqlı hovuz boşaldılıb, pilləkən və hovuz ətrafındakı mərmərlərin əksər hissəsi baxımsızlıqdan saralıb. Əsas girişdəki ot örtüyü də uzun müddət sulanmadığı üçün quruyub.
Xatırladaq ki, "Mardan Palas”ın açılış mərasimi 25 milyon dollara başa gəlmişdi. Açılış mərasimində 151 jurnalist iştirak etmişdi. Açılış mərasimində iştirak edənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də yer almışdı. Otelin özünün inşasına isə 1,5 milyard sərf olunmuşdu.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol