• $
  • €
  • ₽
  • ₺
  • £

Terror aktı üçün niyə Gəncə şəhəri seçildi? - AÇIQLAMA

Terror aktı üçün niyə Gəncə şəhəri seçildi? - AÇIQLAMA
09.07.2018 14:16
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb.
 
İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat birgə məlumat yayıb. Məlumatda bildirilib ki, o Suriya döyüşlərində də iştirak edib. Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər.

Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya edəcəklərini bildirirlər. Gəncəli gənclərin də bir çoxu öz şəxsi səhifələrində insanlara müraciət edərək bu cür radikal qrupların çağırışına məhəl qoymamağı və ölkədəki sabitliyin qorunub saxlanılmasının vacib olduğunu bildirirlər. Ölkədə mövcud sabitliyin pozulması üçün niyə məhz Gəncə şəhəri şeçildi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Fazil Mustafa bildirib ki, icra başçısını güllələyən Yunisin bu əməli terror aktından başqa bir şey deyildir:

"Bunlar düşünülmüş bəhanələrdir. Terror aktında bu cür bəhanələrlə haqq qazandırmaq məqsədyönlü xarakter daşıyır. Burada sırf xarici dövlətlərdə hazırlanmış və ayrıca bir şəxs tərəfindən icra olunmuş terror aktından söhbət gedir. Bu hadisəni törədən şəxs də xarici ölkələrdə təlim keçib".

Terror aktı üçün niyə Gəncə şəhəri seçildi? - AÇIQLAMA

Bundan əlavə deputat vurğulayıb ki, terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil:

"Çox güman ki şəhərdə xurafatçıl, fanatik ünsürlərin olması faktını nəzərə alıblar. Gəncə ziyalı şəhər olsa da, görünür, dini fanatizm meyilləri az-çox özünü göstərir. Hadisələrin bu cür inkişafı da onu göstərir ki, bu şəhər təsadüfi seçilməyib”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol