Yarım əsrin ən yaxşı kitabı açıqlandı

"Qızıl Buker”in münsif heyəti bu ədəbiyyat mükafatının laureatını elan edib.
Oxu.Az xəbər verir ki, məlumat mükafatın rəsmi saytında dərc olunub.
Mükafatı kanadalı yazıçı Maykl Ondatjeyə "İngilis xəstə” romanına görə verilib. Kitab mükafatın mövcud olduğu son 50 ilin ən yaxşı bədii əsəri adını alıb.
Ümumilikdə, mükafata namizəd olan kitabların sayı 5 olub. "İngilis xəstə” romanından başqa bu ad uğrunda Penelopa Layvlinin "Aylı pələng”, Corc Sondress "Bardoda Linkoln”, Hilari Mentelin "Canavar salonu” və Vidiadxar Sudacprasad Naypolun "Asılı vəziyyətdə” əsərləri də mübarizə aparıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























