FHN Qubadakı qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qubada oteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb:
"İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının SCADA şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.
Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır”, – məlumatda bildirilir.
Quba rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumatda isə bildirilib ki, təmir otelin istirahət zonasından kənarda həyata keçirilib və qonaqlar üçün heç bir təhlükə olmayıb.
Xəsarət alanların səhhəti haqqında məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov yaralananların reanimasiyaya yerləşdirildiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























