Ekspert: Qarabağ ətrafında irəliləyiş gözlənilmir

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxın günlərdə irəliləyişlər gözlənilmir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz və regional təhlükəsizlik problemləri Mərkəzinin baş elmi işçisi Nikolay Silayev deyib.
"Mən xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündən müsbət irəliləyiş gözləməyə əsas görmürəm. İndi Ermənistanda yeni hakimiyyətə gəlmiş insanlar danışıqlar prosesinə qoşulur”, - ekspert iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında planlaşdırılan görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, görüş məhz buna həsr olunacaq.
"Tərəflərin əhval-ruhiyyəsi yaxın perspektivdə münaqişənin nizamlanmasında irəliləyiş olmasına imkan vermir. Ancaq əsas olan danışıqların davam etdirilməsidir”, - N.Silayev əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























