Şabranda mübahisə qətllə nəticələnib

Şabranda mübahisə qətllə nəticələnib.
DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.
Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























