• $
  • €
  • ₽
  • ₺
  • £

Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı məlumatlar... – FOTO

Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı məlumatlar... – FOTO
10.07.2018 22:23
Toğrul Allahverdili: "Leyla Səfərova həyatını elmə həsr edən, kitab müəllifi və məktəbdə Azərbaycan dilindən dərs deyən bir xanımdır”
"Yeni Müsavat" qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımın bugünkü qonağı Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili olub.
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun ailəsini yaxından tanıyan, onlarla bağlı bilgiləri ilk dəfə mediada, sosial şəbəkədə yayan T.Allahverdili  söhbət zamanı bu məlumatları bölüşüb.
Musavat.com xəbər verir ki, T.Allahverdili Y.Səfərovu şəxsən tanımadığını desə də, Moskvada keçirilən hansısa tədbirlərdə onunla qarşılaşma ehtimalını da istisna etmədi.
Müsahibimiz Y.Səfərovun anası Leyla Səfərovanı tanığı üçün onu xarakterizə edib:"Mən onu bir vətənpərvər azərbaycanlı kimi tanıyıram. Azərbaycan mədəniyyətini, dilini təbliğ edən bir xanım olub. O xanım Moskvada yeganə azərbaycandilli məktəb olan 157 saylı məktəbdə 3-4 il öncəyə qədər kitabxanaçı işləyib. Ondan sonra məktəbin fəaliyyəti dayandırıldı, başqa bir rus məktəbinə birləşdirildi. Biz onu ordan tanıyırdıq. Heç bir ana istəməz ki, oğlu cinayətkar olsun. O qadın dünyəvi görüşlü xanımdır, həyatını elmə həsr edib. "Rus dili-Azərbaycan dili” adlı bir dərsliyi də çap edilib. Kitabının təqdimatı da keçirdilib. Özü Azərbaycan dili müəlliməsi olub. Eyni zamanda kitabxananın müdiri kimi də çalışıb”.
T.Allahverdili bu mövzu ilə bağlı açıqlama verməsini, Y.Səfərovun anasına aid doğum şəhadətnaməsinin şəklini yaymasını da əsaslandırıb. Deyib ki, ilk gündən bu mövzuya müdaxilə etmək istəməsə də, Y.Səfərovun anasının erməni olması barədə yayılan yalan məlumatları təkzib etməyi özünə borc bilib: "Heç bir ana övladının qətl törətməsini istəməz. Heç kəs də bundan sığortalanmayıb. Amma kiminsə övladı bir cinayət törədibsə, onu dərhal ermənilərlə bağlamaq, onu erməni kimi qələmə vermək haqsızlıqdır, ədalətsizlikdir”.

T.Allahverdili deyib ki, Leyla Səfərovanın iki övladı var: oğlu Yunis və qızı... Müsahibimiz deyib ki, hazırda qızı Avropa ölkələrindən birində yaşayır: "7-8 ildir ki, qızı xaricdədir. Yunis Səfərov diaspor tədbirlərində aktiv fəaliyyətdə olub. Yunisi də orda yaşayan azərbaycanlılar sakit təbiətli biri kimi xarakterizə edirlər. Yunis də Kərim Kərimov adına 157 saylı məktəbdə oxuyub. Hətta həmin məktəbdə tarix fənnindən dərs deyib. Rusiyada isə İncəsənət Universitetini bitirib”.
Müsahibimiz eyni zamanda deyib ki, son 2 il ərzində Y.Səfərovun Rusiyada görünməməsi ilə bağlı Rusiyada yaşayan azərbaycanlılar məlumat veriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol