Gəncədə nə baş verir: "3 nəfər vurulub"

Gəncədə "3 nəfərin vurulduğu" deyilir. Daxili İşlər Nazirliyi BBC News Azərbaycancaya məsələni araşdırdığını bildirib.
Gəncədə iğtişaşlar başladığı barədə məlumatlar yayılır.
Sosial şəbəkələrdə yayılan kadrlarda Gəncə şəhər icra hakimiyyətinin qarşısında toplaşmış adamlar görünür.
Təsdiqlənməyən məlumatlara görə, 3 polis əməkdaşına bıçaqla hücum olub, onlar yaralı halda şəhər xəstəxanasına aparılıblar.
Gəncə sakinləri BBC News Azərbaycancaya bildiriblər ki, bir müddət əvvəl polis parkda gəzən insanlara heç nə etməyib: "Ortada bir-iki adam qışqırırdı, dini şüar-filan səsləndirən vardı, polis də narahat idi, amma camaat sakitcə gəzirdi. Yəni yolunu gedən yolunu gedirdi, bu vurnuxanlara görə yolunu dəyişmirdi".
Şahidlər deyirlər ki, meydana yaxın yerdə daxili qoşunlara məxsus avtobus olub, amma küçədəki insanların bundan narahat olduqları görünməyib.
Müxalifət nə deyir?
Sosial mediada yayılan məlumatlara görə, AXCP-nin Gəncə təşkilatının üzvü Gülnarə Hüseynova polis bölməsinə aparılıb. Onun hadisələr zamanı və ya hadisələrdən əvvəl saxlandığı məlum deyil.
AXCP sədri Əli Kərimli BBC News Azərbaycancaya bildirib ki, o, Gəncədə baş verənlər barədə xəbərsizdir və belə bir üzvlərinin olub-olmadığını bilmir: "Gəncədəki aksiyanın bizə heç bir adiyyati yoxdur, kim təşkil edib, niyə edib, bilmirik. Bu barədə əvvəldən də məlumat vermişik ki, bizim belə aksiya ilə əlaqəmiz yoxdur".
Əli Kərimli hesab edir ki, Gəncədəki iğtişaşlar "təxribatdır".
Onun sözlərinə görə, uzun illik müxalifətçilik təcrübəsində heç bir vaxt "anonim aksiya" təşkil etməyiblər: "Düzdür, razılaşdırılmamış aksiya keçirmişik, amma heç vaxt təşkilatçılığımızı gizlətməmişik".
Əli Kərimli onu da deyir ki, Elmar Vəliyevə qarşı silahlı hücumdan sonra 4 AXCP üzvü polisə müqavimət ittihamı ilə sutkalıq həbs cəzası alıb.
Müsavat Partiyasının Gəncə təşkilatının keçmiş sədri Cahangir Əmirxanlı BBC News Azərbaycancaya bildirib ki, baş verən iğtişaşlarla bağlı onlara tanımadıqları şəxslərin dəfələrlə müraciət etdiyini, lakin onların bu məsələyə qarışmadığını deyib:
"Bizə tanımadığımız adamlar müraciət edirdi, biz dedik ki, bu məsələni tam aydınlaşdırmamış ki, kim nə işlə məşğuldur, məqsəd nədir, biz bu işdə qətiyyən iştirak etməyəcəyik. Bilmirik polis göndərib, bilmirik təxribatdır, nədir. Burda aydınlaşmamış məsələlər çoxdur", - o deyib.
Yayılan görüntülər
Kadrlarda daxili qoşunların əsgərlərinin hadisə yerinə gəldiyi görünür.
Təsdiqlənməmiş məlumata görə, polis bibər qazından istifadə edib.
Şəhər sakinləri BBC News Azərbaycancaya qarışıqlıq olduğunu, amma nə baş verdiyini bilmədiklərini deyiblər.
DİN mətbuat xidməti BBC News Azərbaycancaya məlumatı araşdırdıqlarını deyib.
İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub, o, xəsarət alıb.
Hüquq-mühafizə orqanları ona hücum edən Yunis Səfərovun "xaricdəki terror təşkilatlarına bağlı" olması barədə iddialar irəli sürüblər.
bbc.com
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib