• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə nə baş verdi? - TƏHLİL

Gəncədə nə baş verdi? - TƏHLİL
11.07.2018 09:45
İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdi.

Anews.az xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olundu ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Və nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, şəhərdə sakitlik tam bərqərar olub.

Anews.az APA analitik mərkəzinin yazısını təqdim edir.

Gəncə artıq normal günlərindən birinə davam edir.

... Amma fakt bu ki, ölkənin ikinci böyük şəhərində iki polis zabiti qətlə yetirildi, terrora məruz qoyuldu, ölkəni Gəncədən qarışdırmaq istədilər.

Kimliyi, nə istədiyi, hansı davanı apardığ bəlli olmayan, "Allahu əkbər" sədası altında gizlənib (məhz gizlənib!) lomla, soyuq silahlarla silahlanıb şəhərin mərkəzi meydanına gələn bu dəstənin sabitliyin düşməni olduğu bəsbəllidir. 

Bu adamlar dindardılarmı? Qətiyyən. Onların qətlə yetirdikləri polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzada kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır. Elə bu faktın özü deyir ki, hadisələrdə heç nə, amma heç nə təsadüfi deyil. Bu hadisələrdə din də, sabitlik də, dünyəvilik də, yəni, DÖVLƏT və DÖVLƏTÇİLİK üçün müqəddəs olan bütün dəyərlər hədəfə alınıb.

Gəncədəki iğtişaş cəhdini kənardan seyr edən uşaq belə anlayır ki, bu, bir xalq etirazı deyil, baxmayaraq ki, ölkədə bəzi problemlər var, bunu bircə gün əvvəl keçiridyi müşavirədə dövlət başçısı özü də deyib, məmurlara iradlar bildirib, tapşırıqlar verib. Bu hadisə ölkədə sabitliyə yüklənmiş, xalqı öz dövlətilə üz-üzə qoymaq istəyənlərin bölgə üçün planlaşdırılmış əməliyyatıdı. Qurulub, düzənlənib və balaca, dağıdıcı, beyni bəzi hücrələrdə yıxanmış yerli aktyorlara da kütləvi səhnələr tapşırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol