• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “Onları həbsxanalarda mənən öldürmək lazımdır”

Zahid Oruc: “Onları həbsxanalarda mənən öldürmək lazımdır”
11.07.2018 14:02
"Dünən Gəncədə baş verən hadisələr heç şübhəsiz konkret cinayətkar məramı, anti-dövlət planlarını qarşısını qoyan qüvvələrin işidir. İlk gündə Gəncənin icra başçısı Elmar Vəliyevə tuşlanan güllərin şəxsi kodda olmadığını açıq söyləyənlərdən biri idik”.

Bunu Bizimyol.info -ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, uzun illər ərzində Azərbaycanın öyündüyü ümumxalq sərvəti məhz sabitlik idi: "Biz neftdən və qazdan daha çox bu resursa söykənirdik”.

Z.Oruc bildirib ki, Gəncədə baş verənlərə konkret lokal bir nöktədə baş vermiş dramalar kimi yanaşmamaq lazımd: "Bunun üçün mənim əsasım 2015-ci ildə Nardaran hadisələrinə gedib çıxır. Gəlin, bir daha o dövrə qayıdaq. Bizim o dövürkü cinayətkar rəhbərliyə malik olan milli təhlükəsizlik strukturlarının fəaliyyəti, himayədarlığı, onların yalnış əməlləri vasitəsilə həmin məkanda itaət etməyən, qanunları və konistitusiyanı tanımayan, orta əsr xüragat idayelarını başı üzərinə qaldıran, bütün infrastruktur layihələrini baykot edən və beləliklə az qala üsyankar adaya çevrilmiş Nardaran əməliyyatlar həyata keçirildi. Açıq şəkildə demək lazımdır ki, bunun həmin dövrdə milli təhlükəsizlik strukturlarının rəhbərliyində baş verən dəyişikliklərdən sonraya düşməsinin də özünəməxsus fəsadları var idi. Buna qədər bu əməliyyatı reallaşdırmaq mümkün deyildi. Çünki elə bir şəkildə planlar qurulmuşdu, bir çoxları təyin edə bilmirdi ki oradakı durum Azərbaycanın xeyrinədi, yoxsa ziyanınadı. Halbuki ordakı durum necə dövlətin mənafeyinə xidmət edə bilərdi ki, söhbət açıq-aşkar cinayətkar qüvvələrin sığındığı və özlərinə mücahid hazırladığı bir məkandan gedir. Həmin əməliyyat zamanı iki polis əməkdaşı həlak oldu. Ordan çoxlu silah götürüldü. Məhz o zaman Gəncədə Müsəlman Birliyi Hərəkatının üzvləri polis nümayəndələrinə qarşı qumbara atmaq istədilər, ixtisaşlara cəhd göstərmək istədilər”.

Deputatın sözlərinə görə, Nardarandan Gəncəyə uzanan yollarda dini təxribatçı qüvvələrin yer alması sübut edir ki xarici ssenaristlər ölkəmizin bütün çoğrafiyasını əhatə etməyə çalışırlar: "Ayağa qalxmaq gərəkən zaman hərəkətlərini sinxron planlaşdırırlar. Mən ona görə dedim ki Elmar Vəliyevə qarşı törədilən terror əməli şəxsi məsələ deyil, bunun alt qatı var. Heç şübhəsiz ki ölkənin ikinci böyük şəhərinin, müəyyən dövlətçilik ənənələrini daşıyan, mədəniyyət qovşağı olan məkanı Azərbaycan qarşı çevirmək cəhdləri mövcuddu”.

Z.Orucun sözlərinə görə, Gəncədə baş vermiş proseslər onu deməyə əsas verir ki bəzi qüvvələr Azərbaycanda dini etiqada qarşı problemlərin olduğu mənzərəsini yaratsınlar və müxtəlif inanclı adamları hakimiyyətlə toqquşdursunlar: Dünən 200 nəfər başıpozuq şəxslərin Gəncədəki əməllərinin adı budur. Əgər siz həqiqətən də yerli icra hakimiyyəti orqanına etirazınızı bildirirdinizsə, o zaman niyə bıçaqla, dəmir dəyənəklərlə mübarizənizu qurmaq istəyirsiniz? Başqa tərəfdən, polis qüvvələri silahlara malik olmalarına rəğmən, onlar qarşıdakı qüvvələri zərərsizləşdirməkdən ötrü gördüyünüz kimi daha sərt tədbirlərə əl atmayıblar. Uzun illər ərzində belə bir mənzərə yaratmaq istəyirdilər ki sabitlik güc amilinə dayanır.
Gəncədən Nardaran və İsmayıllı düzəltmək istəyi ona bağlı idi ki əhalinin proseslərə qoşulmasını istəyirdilər. Hədəf nə Gəncədir, nə də Elmar Vəliyev, hədəf Bakıdı, Azərbaycandır”.

Z.Oruc bildirib ki ölüm hökmü ən ağır cinayətlərin qarşısını almaqdan ötəri yetərli deyil: "Fakt odur ki, ölüm hökmü kütləvi cinayətlər törədənləri öz ideyalarından daşındırmır. Biz əlbəttə ailə üzvünü itirmiş insanların hisslərini, intiqam durğularını anlayırıq, onlara bəraət də veririk. O biri tərəfdən həmin cinayətkarları öldürmək bəlkə də mükafatdı. Onları həbsxanalarda sözün həqiqi mənasında mənən öldürmək lazımdır. Onlar görməldirlər və başa düşməlidirlər ki dövlətə, hakimiyyət orqanlarına qarşı güllə atmaq olmaz.

Məlumatlar var ki dünən təxribatçılardan bəziləri özünü məscidlərdə gizlədib. Allah evini hakimiyyət uğurunda mübarizənin istinadgahına çevirmək olmaz. Onlar harda yerləşməsinən asılı olmayaraq təxirbatçıdırlar”.

Deputat hesab edir ki, hökumətdə aparılan dəyişikliklər və dövlətin idarəetmə sistemindəki yeniləşmələr fonunda sanki müəyyən qüvvələr narahatdırlar: "İstəmirlər ki idarəetmə sistemində gerçəkdən şəffaflıq olsun, qərarlar düzgün istiqamətdə icra edilsin, xalqla hakimiyyət arasında yaxşı bağlar möhkəmlənsin və s. Bax bunu istəməyənlər hakimiyyəti qəzəbləndirib həqiqi dövlət kursundan çıxarmaq istəyirlər. Elə ölüm hökümünə qayıtmağı da həmin qüvvələrin niyyəti hesab edərdim. Azərbaycan dünyada öz mövqeyini dünyəviliyini öz naliyyəti kimi təqdim edir. Biz belə bir ölkəyik. Ona görə də cəmiyyətdə birgə yaşayışı təmin etmək üçün tədbirlər gücləndirmək lazımdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol