"Korrupsiyanı bir gecəyə, bir günə aradan qaldırmaq mümkün deyil"

“Korrupsiyanı bir gecəyə, bir günə aradan qaldırmaq mümkün deyil. Bu istiqamətdə daim məqsədyönlü işləmək lazımdır”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.K. Əliyev bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2014-cü il ərzində 150-dən çox cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Bu cinayət işlərinin bir çoxu üzrə artıq məhkəmə qərarları da çıxarılıb. Onun sözlərinə görə, 100-dən artıq cinayət işi hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatındadır. O, bu cinayət işlərinin müxtəlif xarakterli olduğunu qeyd edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























