• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda ağır qəza - Ölən və yaralananlar var + FOTOLAR

Qaradağda ağır qəza - Ölən və yaralananlar var + FOTOLAR
29.05.2020 01:10
Bu gün səhər saatlarında Qaradağ rayonunda avtobusun aşması nəticəsində 1 nəfər sərnişin dünyasını dəyişib.

Bunu "Qafqazinfo”ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

O qeyd edib ki, hadisə Bakı-Qazax yolunun 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.  "Yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb. Nəticədə avtobus bir neçə dəfə aşıb. Polisin ilkin verdiyi məlumata görə, hadisəyə səbəb yük maşınının sürücüsünün yuxulaması olub.
 
Nəticədə 1 nəfər ölüb, xəsarət alanlar isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Biz də hazırda hadisə yerindəyik”.

***

Qafqazinfo” xəsarət alanların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb. O bildirib ki, hazırda xəstəxanaya çatdırılanlan yaralıların vəziyyəti stabildir: "Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdə poliklinikaya müraciət edib, xəsarətləri yüngüldür. yerləşdirilib, 3 nəfərə yerindəcə ilkin yardım göstərilib, onların da xəsarətləri yüngüldür. Bir qadın isə qəzadan dərhal sonra dünyasını dəyişib.
 









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol