• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən həmin pula zamin durmuşam” - Deputat oğlu

“Mən həmin pula zamin durmuşam” - Deputat oğlu
12.07.2018 15:27
Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində deputat Elmira Axundovanın oğlu Həbib Axundov ifadə verib.
 
O, dindirilən zaman qeyd edib ki, E. İbrahimov Fərman Məmmədovdan iş qurmaq adı ilə 450 min manat pul alıb: "İş qurulmaq üçün bu məbləğ alınıb. Mən də həmin məbləğə zamin durmuşam. Fərmanın başqa vaxt Elnura  verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Fərmanın özünə 125 min manat pul qaytarmışam".
 
Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində söyləyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib: "Həbib zəng edib, Elnurun adamları tərəfindən tapıldığını və bağ evində olduğunu dedi. Dedi, sən də ora gəl.  Mən bağ evinə getdim.  Elnur kimlərdən pul aldığını etiraf etdi. "Mən Elnur tanımıram" dedim, pulumu Həbibdən istəyirəm. Dəymiş zərərdən 250 min manat pulu deputat Elmira Axundova mənə qaytarılıb"
 
Məhkəmə gələn həftə davam edəcək.
 
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol