• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə terrorunda qızışdırıcı materialları kimlər yaydı?

Gəncə terrorunda qızışdırıcı materialları kimlər yaydı?
12.07.2018 15:49
Xarici ölkələrdən idarə olunan, milli, etnik, dini ayrıseçkiliyi təbliğ edərək ölkədə mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar mütləq Azərbaycan Respublikasının KİV haqqında qanunu çərçivəsində cəzalanacaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında xarici ölkələrdən idarə olunan bir sıra saytların Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı danışan millət vəkili Elman Məmmədov deyib.

"Mingəçevir və Gəncə hadisələri zamanı ölkəmizə qarşı təxribat xarakterli fəaliyyət göstərən saytlar öz əməlləri ilə dini radikallardan fərqlənmədilər. Bir qrup saytlar ölkədə dini ayrı-seçkiliyi təbliğ edərək mövcud sabitliyi pozmağa cəhd etdilər. Təbii ki, bütün bu təxribatlar Azərbaycan ictimaiyyətini çaşdırmağa, ölkədəki düzəni pozmağa yönəlib, - deputat bildirib.

E.Məmmədov bildirib ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən resursların antiazərbaycan təbliğatına qarşı qanun çərçivəsində addımlar atılmalıdır:

"Nuraz.com”, "Abna.com”, "Aran.news” və digər bu tip saytların Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti psilənməli, onların arxasında duran qüvvələr ifşa edilməlidir. Azərbaycan kimi sabit bir ölkədə terrorçuluğa, itaətsizliyə, cinayət əməllərinin törədilməsi kimi çağırışlara qətiyyən yol verilə bilməz. Bu ünsürlərin ölkəmizə qarşı mənfur fəaliyyəti sübut olunduqdan sonra onlar Azərbaycan qanunları çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Kimliyindən, kimə xidmət etməsindən asılı olmayaraq, qanun hamı üçün eynidir”.

Qeyd edək ki, "Nuraz.com”, "Abna.com”, "Aran.news”, "Qafqaz.ir”, "Rasthaber.com”, "Ru-clip.ru” və digər saytlar antiazərbaycan təbliğatı ilə tanınırlar. Xüsusən bu saytların Mingəçevir İES-dəki qəza və Gəncədə baş verən terror hadisəsi zamanı qızışdırıcı materiallar yayması diqqət çəkir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol