• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Deputatların sayı artırılmalıdır

Millət vəkili: Deputatların sayı artırılmalıdır
12.07.2018 16:29
Ölkədə siyasi mədəniyyətin artırılması, çoxpartiyalılığın oturuşması üçün proporsional seçki sisteminə keçilməlidir.

Bunu Oxu.Az-a ixtisasca hüquqşünas olan millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, qarşıdan növbəti-6-cı çağırış, yəni, 2020-ci ilin parlament seçkiləri gəlir və bu baxımdan da, həmin vaxta qədər ölkədə seçki qanunvericiliyi vasitəsilə proporsional seçki sisteminə keçilməlidir:

"Proporsional seçki sisteminə keçilməsi üçün Konstitusiyaya dəyişikliklər edilməsinə, bunun üçün yenidən referendumun keçirilməsinə də o qədər ehtiyac yoxdur. Bu məsələni seçki qanunvericiliyi, Seçki Məcəlləsi ilə də tənzimləmək, reallaşdırmaq mümkündür.

Yəni, elə etmək olar ki, qarşıdan gələn 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi əsasında keçirilsin. Düzdür, əvvəllər deyirdik ki, yarı majoritar, ya proporsional seçki sistemi olsun, amma indi bütövlükdə parlamentin proporsional seçki sistemi əsasında formalaşdırılmasını məqbul və məqsdəuyğun sayırıq.

Çünki buna ciddi ehtiyac var”.

Millət vəkili bildirib ki, Azərbaycanda çoxlu sayda partiyalar olsa da, onların böyük əksəriyyəti qeydiyyatdan keçsələr də, ancaq ölkədə hələ də çoxpartiyalılıq bərqərar olmayıb, oturuşmayıb:

"Bizdə çoxpartiyalılığın adı var. Qeydiyyatdan keçməklə məsələ bitmir ki?! Bizdə əsl çoxpartiyalılığa, onun bərqərar olmasına və oturuşmasına ehtiyac var. Bu məsələdə artıq formallıqdan uzaq olmaq lazımdır.

Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlament idarəetməsində hakim partiya təmsilçilərindən və bitərəflərdən (qismən də olsa) başqa heç bir siyasi təşkilatın nümayəndəsi iştirak etmir. Hətta, bizdə komitə sədrlərinin müavinlərindən belə kimsə başqa partiyanın təmsilçisi deyil.

Hansı ki, parlament kollegial orqandır və onun idarəçiliyində, rəhbərliyində Milli Məclisdə çoxluq təşkil edən hakim partiya nümayəndələri ilə yanaşı, mövqeyindən, müxalifət və ya iqtidaryönlü olmasından asılı olmayaraq, digər təmsilçilik hüququ əldə etmiş siyasi təşkilatın və ya təşkilatların nümayəndəsi də iştirak etməlidir.

Yəni, ən azı vitse-spikerlərdən biri, komitə sədrlərindən və komitə sədrlərinin müavinlərindən bir neçəsi digər partiyaların təmsilçiləri olmalıdır. Hətta, xarici ölkələrdə ən əsas komitələrdən olan büdcə (bizdəki İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi-red) komitəsinin sədrliyi müxalifətin təmsilçisinə verilir.

Burada da məqsəd büdcə kimi vacib məsələdə şəffaflığın tam təmin olunmasıdır. Amma təəssüflər olsun ki, dediyim ki, Cənubi Qafqaz ölkələri arasında tək biz bu məsələdə istisnayıq.

Ona görə hesab edirəm ki, 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi üzrə keçirilməli və parlamentdə azlıqda qalan partiyaların nümayəndələri də Milli Məclisin idarəciliyində iştirak etməlidir”.

BAXCP sədri eyni zamanda bildirib ki, ölkə əhalisinin sayı artır və buna uyğun olaraq da, parlamentdə deputat yerlərinin artırılmasına da ehtiyac var:

"Düşünürəm ki, deputatların sayı ən azı 150 nəfər olmalıdır. Yəni, 125-dən 150-yə qaldırılmalıdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol