• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta əlillik alanlara ödəniş dayandırıldı

Saxta əlillik alanlara ödəniş dayandırıldı
13.07.2018 11:04
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara  ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. 
"Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

Nazir prezidentin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb. 

Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.

Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol