• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında ilan - VIDEO

Bakı bulvarında ilan - VIDEO
29.05.2020 10:07
Müğənni Emma (Elmira) Ələkbərzadə instaqramda müzakirələrə səbəb olan video paylaşıb. "Qafqazinfo” xəbər verir ki, sənətçi Dənizkənarı Milli Parkda xoşagəlməz hadisə ilə qarşılaşıb. 

Belə ki, Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb. 

Emma "Bəli, bura Bakıdır. Təzə Bayıl bulvarımız! Bu, qara və böyük ilandır. Özü də gürzə! Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Mənim üçün bulvarda gəzmək söhbəti bağlandı”- deyə şərh bildirib. 

"Qafqazinfo” mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayıb. Rəis müavini videoyla tanış olduğunu, lazımi addımların atılacağını söyləyib:

"Elmira Ələkbərzadə Azərbaycanda kifayət qədər tanınmış, sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə inanırıq. Həmin görüntülərdəki yer bulvar ərazisinə oxşayır. Amma bizim əməkdaşlar bu günə kimi bulvarda ilan görməyiblər.

Havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı şəhərində də ola bilər. Bu, bizə siqnal idi. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. Bundan əlavə, bütün icra orqanları və nazirliklərlə əlaqələri gücləndiririk. İnsan olan yerdə ilan olmağı xoşagələn hadisə deyil”. 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol