• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polisi aldatdılar

Bakıda polisi aldatdılar
13.07.2018 15:45
Paytaxtın Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə müraciət edərək həmin tarixdə parkda olan zaman 3 nəfər naməlum şəxsin ona yaxınlaşıb bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Y. Nəzərovun istintaqı yayındırmaq məqsədilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir qulduluq hadisəsinin törədilmədiyi müəyyən edilib. Araşdırma zamanı müəyyənləşdirilib ki, Y. Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib. Daha sonra o, cinayəti gizlətmək məqsədilə hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədi ilə polisləri yayındırmaq isdəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol