• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə xəstəliklərə diaqnozun qoyulmasında yenilik

Ölkəmizdə xəstəliklərə diaqnozun qoyulmasında yenilik
19.11.2014 12:50
Azərbaycanda xəstəliklərə simptomlara görə diaqnoz qoyulmasının elektron sistemi yaradılacaq. ANN.Az Trend-ə istinadən xəbəbr verir ki, bu haqda “Doctormap” layihəsinin rəhbəri Fərid Fərhadov bildirib.“Doctormap” layihəsi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşır. Layihənin reallaşdırılmasına Dövlət Fondu tərəfindən 20 min manat vəsait ayrılıb.F.Fərhadovun sözlərinə görə, sistem ilkin diaqnozun effektivliyi ilə müqayisə edilə bilən olacaq və hansı həkimə müraciət etməyin lazım olduğu barədə tövsiyə verəcək: "İlkin diaqnozun təyini “doctormap.az” səhifəsində mümkün olacaq. Sistemin istifadəçisinin onu narahat edən simptomları göstərməsi kifayətdir, bundan sonra sistem həkim-mütəxəssisi avtomatik olaraq müəyyən edəcək. Xidmət vətəndaşlar üçün ödənişsiz olacaq".“Doctormap” layihəsi aktiv xəritədən ibarətdir ki, orada xəstəxanaların və həkimlərin yerləşdikləri obyektlər göstərilib. Saytda təqdim edilmiş həkim-mütəxəssislərin sayı məhdudlaşdırılmış olacaq.F.Fərhadovun sözlərinə görə, əsas meyar yüksəkixtisaslı həkimlərin seçimidir. Sistemdə həkimlərin qeydiyyatı ödənişli əsasda aparılır: "Gələcək planlara “Onlayn-aptek” modulunun da buraxılması daxildir. Onun əsas xüsusiyyəti lazımlı dərmanın apteklərin təqdim olunmuş bütün məlumat bazalarında axtarışını asanlaşdırmaqdır. İstifadəçi ona lazım olan preparatın qiymətini əyani şəkildə müqayisə edə biləcək”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol