• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda cindar Hüseyn və anası saxlanıldı

Bakıda cindar Hüseyn və anası saxlanıldı
13.07.2018 18:11
Falçı Hüseyn Əlizadə və anası Lalə İbrahimova külli miqdarda dələduzluq ittihamı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.


Anews.az big.az-a istinadən xəbər verir ki, ittihama görə, falçı Hüseyn kimi tanınan Hüseyn Əlizadə anası ilə birlikdə Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib. 


R.Ağayevanın dediyinə görə, o, cindar Hüseynə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.


Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.


İddia olunur ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə Milli Məclisin deputatlarından tutmuş iş adamlarının ailələrinə, sənətçilərə kimi bir çox şəxsi aldadaraq onlardan cin çıxarmaq adı ilə külli miqdarda pul və qızıl-zinət əşyaları ala biliblər.


Saytın yazdığına görə, Hüseyn və Lalə iə bağlı ümumilikdə 6 nəfər şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol