• $
  • €
  • ₽
  • ₺
  • £

Ögey anasını öldürüb meyitini su quyusuna atmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR

Ögey anasını öldürüb meyitini su quyusuna atmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR
13.07.2018 19:37
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda 57 yaşlı qadını öldürüb su quyusuna atmaqda təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Anews.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin bacış iclası iyulun 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.
Ötən ilin noyabr ayında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən B.Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdlü Bağırov Rəhim Hacı törədib. O, qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.
B.Bağırova H.Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. H.Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb. Mərhum B.Bağırovanın övladı hadisədən bir gün əvvəl məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən B.Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararıb.
Qətli törədən R.Bağırov isə saxlanılaraq istintaqa təhvil verilib. O, daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və həbsxanadan yeni çıxmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol