• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki marşrut xətti “BakuBus”a verildi

Daha iki marşrut xətti “BakuBus”a verildi
13.07.2018 19:40
20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı 05.06.2018 tarixində elan edilən müsabiqəyə yekun vurulub.
Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi "BakuBus” MMC olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək.
Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi – "Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət” ş.s) – "Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.
Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin, yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.
Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından "8-ci km bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydalarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.
Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol