• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov yeni bayram təsis etdi

Vasif Talıbov yeni bayram təsis etdi
19.11.2014 11:17
Naxçıvan Ali Məclisinin sədri müvafiq fərman imzalayıb.Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. ANN.Az azadliq.org-a istinadən xəbər verir ki, fərmana görə, hər il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı günü kimi qeyd olunacaq.Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır : «Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə «Naxçıvan şahlığı», XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə «Naxçıvan xanlığı», XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir».Fərmanda qeyd olunur ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol