• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva: Çox mutluyam

Mehriban Əliyeva: Çox mutluyam
19.11.2014 09:41
Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.ANN.Az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər. Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır. Tədbirdə Mehriban Əliyeva çıxış edib. “Qardaş Türkiyədə yenidən olmağımdan çox mutluyam” deyən birinci xanım deyib ki, biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir: “Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır. Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.   Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr, istər enerji sektorunda, istər  nəqliyyat sektorunda nəinki bölgə üçün, dünya üçün böyük önəm daşıyır. Əziz dostlar, ona baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və  sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil olan belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və keçirtmək əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”. Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər barədə geniş məlumat verilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol