• $
  • €
  • ₽
  • ₺
  • £

Vaxtınızı mənasız işlərə sərf etməyin – Paşayevadan çağırış

Vaxtınızı mənasız işlərə sərf etməyin – Paşayevadan çağırış
16.07.2018 10:49
Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib.

Kult.az xəbər verir ki, regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılğı, Masallı rayon icra hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə Masallının Bədalan kəndində uşaqlar, gənclər üçün "İnkişafın yolu kitabdan keçir” adlı tədbir - "Kitab Günü” keçirilib.

Təşkilatın rəhbəri Arzu Bağırova tədbirdə məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla, dünya ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edib və onları daha çox öyrənməyə çağırıb:

"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. İnkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Özəlliklə qızlarımızın təhsilinə xüsusi diqqət göstərməliyik. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı anadan keçir”.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayıb:

"Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir”.

Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan daha faydalı istifadə etməyə səsləyib:

"Uşaqlar xarici dillərlə də xüsusi maraqlanmalıdır. Yaxşı olardı ki, zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmasınlar”.

Rayon icra hakimiyyəti başçısının müavini, rayon təhsil şöbəsinin rəhbəri, Bədəlan kənd orta məktəbi direktoru, müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovaya və millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, onlara müəllifi olduğu "Səni Allaha Eşq götürür” kitabını imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol