• $
  • €
  • ₽
  • ₺
  • £

Amaşov: Mediaya nəzarət gücləndirilməlidir

Amaşov: Mediaya nəzarət gücləndirilməlidir
17.07.2018 11:29
"Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan mediası peşəkar mediadır, ancaq suların durulmasına ehtiyac var:

"Hesab etsək ki, ölkədə beş mindən artıq KİV reyestrə alınıb, eyni zamanda, KİV kimi fəaliyyət göstərən internet media resurslarının sayı da durmadan artır, yaranmış durumun peşəkarlıq baxımından yüksək qiymətləndirilməsi mümkünsüzdür.

Əslində, gerçək jurnalistika nə qədər ciddi resursa malik olsa da, çoxluğun yaratdığı ab-hava həqiqi media təmsilçilərinə baxışa da təsir göstərir. Baxış isə, haqlı olaraq, mənfidir. Biz çalışmalıyıq ki, bu tendensiya kökündən dəyişsin.

Bunun üçün "Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır”.

Şura sədrinin sözlərinə görə, ümumən bu sahəyə nəzarət gücləndirilməlidir:

"Ayrıca media peşəkarlığı institutu formalaşdırılmalıdır. Redaksiyaların texniki bazası daha da gücləndirilməlidir. KİV-lər üçün reklam mühiti olmalıdır. Bizi tam peşəkarlığa çatmaq üçün məhz bu tədbirlər gözləyir.

Sözüm ondadır ki, peşəkarlıq özünü yalnız ayrı-ayrı fərdlərin ortaya qoyduqları məhsullarda göstərməməli, sahənin özünə peşəkar yanaşılmalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol