• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat əsəbləşdi: Artıq deyiləcək sözümüz qalmayıb

Deputat əsəbləşdi: Artıq deyiləcək sözümüz qalmayıb
17.07.2018 15:30
Tələbə, təhsil kreditləri ilə bağlı məsələ artıq həllini tapmalıdır. İnsanlarımız, xüsusilə, övladları ali məktəblərdə ödənişli təhsil alan imkansız valideynlərimiz bu məsələnin həllini çox sərbsizliklə gözləyirlər.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, həmkarı Əli Məsimli ilə hələ bir xeyli müddət öncə bu məsələnin həlli yönündə "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırladığını və onun üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının müzakirəsinə çıxarılmasına nail olunduğunu xatırladıb.

"Biz illərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb. Təhsil, tələbə kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır.

Kasıb ailələr, imkansız ailələrin övladları, valideynlər bu məsələnin həllini gözləyirlər. Onlar da artıq yorulublar. İnsanları nə qədər gözlətmək olar axı? Həmkarım Əli Məsimli ilə bir neçə il öncə müvafiq qanun layihəsi hazırladıq, parlamentə, komitəmizə göndərdik.

Hətta, komitəmizdə onun ilkin müzakirəsinə də nail olduq. Hamı da, bütün cəmiyyət də bəyəndi, razılıqla qarşıladı.

Ondan sonra isə bu məsələ sanki daşa dirəndi, hər dəfə sessiyalar da başlayanda deyirik, ancaq ortada hələ də heç nə yoxdur.

Bu gün heç kimə sirr deyil ki, ali təhsil alan tələbələrin, yüksək ballarla tələbə adını qazananların çoxu kasıb, imkansız ailələrin uşaqlarıdır.

Ancaq onların böyük bir qismi maddi imkansızlıq üzündən ya heç ali təhsil dalınca getməyiblər, ya da ödəniş edə bilmədikləri üçün kursda saxlanıblar, ya da təhsillərini yarımçıq saxlamaq məcburiyyətində qalıblar. Bəs onların çəkdikləri əziyyətlər, aylarla keçirdikləri yuxusuz gecələr, repetitorlara boğazlarından kəsib verdikləri pullar necə olsun? Bunları kim və nə ilə kompensasiya edəcək?

Ona görə hesab edirəm ki, artıq bu məsələ yoluna qoyulmalıdır.

Bildiyim qədər parlamentin Elm və təhsil komitəsi də belə bir qanun layihəsi üzərində işləməyi planlaşdırır.

Hətta, qanunu "Tələbə kreditləri haqqında” adlandırmağı düşünürlər.

Olsun, fərq etməz, təki tezliklə qanun layihəsi bizim hazırladığımız sənəddən də istifadə olunmaqla hazırlansın və parlamentin payız sessiyasının müzakirəsinə çıxarılaraq, qəbul edilsin”-deyə, V. Əhmədov sözlərinə əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol