• $
  • €
  • ₽
  • ₺
  • £

Vəhhabilərlə bağlı sensasiya: Bakıda hərbi təlim keçirlər

Vəhhabilərlə bağlı sensasiya: Bakıda hərbi təlim keçirlər
18.11.2014 17:52
Bakıda, Xocasən ərazisində vəhhabilər gizli şəkildə hərbi təlim keçir. Bu sensasiyalı məlumatı Axar.az-a verən Sulutəpə sakininin sözlərinə görə, qəsəbədə yaşayan ailənin gənc övladı artıq illərdir ki, vəhhabilərin ideoloji təsiri altındadır. Sakinin sözlərinə görə, vəhhabilərin təsiri altında olan gəncin anası onlardan yardım istəyir. Ana bildirir ki, oğlunun öz doğmalarına soyuq münasibəti və ailəsinə qəddarlıqla yanaşmasının başlıca səbəbi vəhhabi dəstəsinin üzvü hesab edilən və eyni zamanda, yerli əhali arasında cindarlıqla məşğul olan bir şəxsdir.Mömin xanım olan ananın vəhhabi oğlu hətta azyaşlı qız övladını belə məktəbə getməkdən yayındırıb. “Oğlumu vəhhabilər vaxtaşırı olaraq Xocasən tərəfdə harasa aparırlar. Ona silahla davranmaq dərsi keçirlər. Gizli şəkildə məşq edirlər, yəqin müharibəyə gedəcəklər”, - deyə ana sakinlərə bildirib.Ananın söylədiklərinə görə, oğlu evi və bütün ev əşyalarını satışa çıxarıb. Səbəbini isə izah etmir. Ana şübhələnir ki, bütün əmlakını satandan sonra oğlu Suriyaya gedəcək.Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən qorxduğunu deyən ana fəryad edir, oğlunu vəhhabilərin təsirindən qurtarmaq üçün kömək istəyir.Sulutəpə sakininin ehtiyatlılığını nəzərə alaraq, ananın və sakinlərin adını açıqlamağı məsləhət bilmədik. Məsələyə hüquq-mühafizə orqanlarının münasibətini öyrənməyə çalışırıq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol