Bakı bulvarında yeni heykəl - VİDEO

Dənizkənarı Milli Parkın yeni hissəsində balıqçıların balıq tutmaları üçün estakada yaradılıb. Bura hər cür şəraitlə təmin olunub. ANS TV-nin məlumatına görə, balıqçılar üçün estkadada oturacaqlar quraşdırılıb, ayrı-ayrı hissələrdə tulantılar üçün zibil qutuları da yerləşdirilib. Əgər əvəllər balıqçılar bulvarın köhnə hissəsində balıq tutmaqla məşğul idilərsə indi onları yalnız bu estakadada, özü də günün istənilən saatında görmək mümkündür. Yeni bulvarda balıq tutmaq üçün sahə ayrılmasına səbəbsə Milli Parkın gəzinti üçün olan hissəsinin təmizliyni qorumaqdır. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov balıqçıların qaydalara riayət etdiyini və onlara xüsusi nəzarət olunduğunu bildirib. Nazim Məcidov onu da əlavə etdi ki, məhz həmin balıqçıların şərəfinə bulvardakı estakda da balıqçı heykəli ucaldılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























