• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə: "İlham Əliyevə də dedim ki, qorxuram"

Allahşükür Paşazadə: "İlham Əliyevə də dedim ki, qorxuram"
17.07.2018 17:40
"Müstəqillik qazananda cəmi 17 məscidin olduğu Azərbaycanda hazırda 2 min məscid var. Bu, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin apardığı siyasətin, dinə yanaşmasının nəticəsidir”.
 
Anews.az APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının 7 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.
 
QMİ sədri keçən il Azərbaycanda "İslam həmrəyliyi ili” elan olunmasını xatırladıb: "Mən bunu eşidəndə bir az qorxdum. Qonşuluğumuzda 80 milyonluq Türkiyə, İran kimi müsəlman dövlətləri var, 9 milyonluq bir dövlət deyir ki, dünyada islam həmrəyliyi yaradacağıq. Mən bunu prezident İlham Əliyevə dedim, dövlət başçısı cavab verdi ki, qorxma, bacararıq. Bu, uzaqgörənlikdir. Azərbaycanda həm İslam Oyunlarının keçirilməsi, həm "İslam həmrəyliyi ili” elan olunması çox önəmli idi. Mən bu ay xaricdə iki böyük tədbirdə olmuşam. O tədbirlərdə Azərbaycana böyük qiymət verirdilər. Bu hörmət ölkəmizdə ifadə, dini etiqad azadlığının olması ilə bağlıdır. Bəziləri ölkəmizə qara yaxmaq istəyirlər. Mən onlardan soruşuram ki, bu dövlət, xalq üçün nə etmisiniz?! Məscidlərimizin sayı 17-dən 2 minə çatıb. 800 məscid qeydiyyatdan keçib, 1000-dən yuxarı din xadimlərimiz var. Bu yaxınlarda İlahiyyat İnstitutu açılıb. Bu ildən inşallah, Bakıda və başqa regionlarda mədrəsələrimiz açılacaq. Dövlət  dindarlar üçün hər cür şərait yaradıb. Bu gün əsas məqsədimiz öz dövlətimizi, dövlətçiliyimizi qorumaqdır. Bizi başqa yola çəkmək istəyən, xaricdən bizə təsir etmək istəyən insanlar dövlətimizi, xalqımızı istəməyənlərdir. Dövlətimizi, xalqımızı istəyən insanlar belə işlər görməzlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol