• $
  • €
  • ₽
  • ₺
  • £

Bakını dəhşətə gətirən qətlin təfərrüatı - VİDEO

Bakını dəhşətə gətirən qətlin təfərrüatı - VİDEO
17.07.2018 17:50

Bakıda mühafizəçinin bağ evində törətdiyi hadisənin təfərrüatı məlum olub.
Anews.az-ın oxu.az-a istinadən məlumatına görə, mühafizəçi ər və arvada işdən çıxarıldığına görə hücum edib.
Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində yaşayan Əməkdar həkim Arzu Şuşalı və onun həyat yoldaşı Dilarə Əhmədova bağlarında işləyən mühafizəçiyə işdən çıxarıldığını bildiriblər.
Bu zaman mühafizəçi İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalıya və həyat yoldaşına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Mühafizəçi törətdiyi hadisənin izini itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub.

Mərdəkan qəsəbəsi ərazisində xidmətdə olan polislər "Range Rover" markalı avtomobilin sürücüsünün davranışlarından şübhələniblər. Yol polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyilə maşını saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Sürücü dərhal saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bakını dəhşətə gətirən qətlin təfərrüatı

 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol