Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib.
Anews.az trend-ə istinadən xəbər verir ki, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.
İdarə son vaxtlarda bu dərmanlardan istifadə edən pasiyentlərdən xahiş edir ki, təcili olaraq həmin dərmanları aldıqları aptek və xəstəxanalara qaytarsınlar: "Bu dərmanlar məhv edilməlidir".
Geri çağırılan dərmanlar Tailandın "Silom Medical" firması tərəfindən istehsal olunan qan təzyiqinə nəzarət üçün qəbul edilən "Valatan 80", "Valatan 160", həmçinin "Unison Laboritories"in istehsal etdiyi "Valsarin 80", "Valsarin 160" və "Valsarin 320"-dir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























