• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Abdullayev hansı məmurla əlbir olub?

Hüseyn Abdullayev hansı məmurla əlbir olub?
18.07.2018 14:15
Hüseyn Abdullayev həbsinin ilk günlərində üzləşdiyi rəftardan qurtulmaq üçün qazancı, anasının ölkədən çıxışına kimlərin kömək etməsi kimi məlumatları detallı şəkildə danışmağa qərar verib, Vergilər Nazirliyi, Sərhəd Qoşunlarındakı dostlarının adını çəkib. 

Anews.az xəbər verir ki, bu məlumatı "Yeni Müsavat" yayıb. Qəzet iddia edir ki, həmin şəxslərin kimlikləri, vəzifələri müəyyən olunub və artıq onları işdən çıxarıblar. Son günlər bəzi dövlət idarələrində məmurların toplu halda işdən çıxarılmasının əsas səbəbi məhz Hüseyn Abdullayevin istintaqa açıqlamalarıdır. Onların bəziləri rəsmən elan olunmadan, qanunauyğun şəkildə istintaqın xüsusi yoxlamalarından keçməkdədir.

Xəbərdə bildirilir ki, Hüseyn Abdullayevin sərgilədiyi bu mövqe onun özünə qarşı münasibətin bir qədər yumşaldılmasına, şəxsi xahişlərinin yerinə yetirilməsinə yol açıb. Hüseyn Abdullayevin belə xahişlərindən biri də xaricdə olan anasının ölkəyə qayıtmasına izn verilməsi ilə bağlı olub. Onun xahişi yerinə yetirilib. Hüseyn Abdullayevin anası artıq Azərbaycandadır.

Digər bir iddiaya görə isə Hüseyn Abdullayev Azərbaycanda Qərbin işlədiyi şəxslərlə bağlı da bildiklərini istintaqa deyib.

Bəlli olub ki, H. Abdullayev istintaqa Azərbaycan hakimiyyəti əleyhinə iş aparan kampanyon və tərəfdarlarının da adlarını açıqlayıb. Üstəlik, o, Avropadakı bir neçə səfirimizlə gizli əlaqələri ilə bağlı da ifadə verib. 

Həmçinin H. Abdullayevin Azərbaycanda və ondan kənarda maliyyə dəstəyi verdiyi jurnalistlərin və media quruluşlarının adları da istintaqa bəlli olub. Son günlər yayımı məhdudlaşdırılan və barələrində cinayət işi açılan media quruluşlarından bir neçəsi də bu cür gizli yardımların əhatəsinə düşənlərdəndir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol